Şou-biznes

"Ərim öləndə mənə deyirdi ki, sağ əlin başıma"

9 İyul 2020 11:57
5 Şərh     Baxış: 4 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elə bir veriliş yoxdur ki ağlamayım. Həyat yoldaşım dünyasını dəyişəndən beləyəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri qarmon ifaçısı Gülbahar Şükürlü "7 canlı" verilişində qonaq olarkən deyib. Musiqiçi qatıldığı bütün efirlərdə ağlamağını qınayıb. O bildirib ki, Zahidin dünyasını dəyişməsindən bir ildən çox vaxt keçsə də, unuda bilmir:

"Efirə gələndə evdə deyirlər ki, ağlama. Ona görə həzin mahnı da oxumuram. Bəzən deyirlər, varlığım filankəsi yandırır. İnsan gərək varlığı ilə kimisə sevindirsin, yoxluğu ilə yandırsın. Həyat davam edir, amma mənimki yox. Həyat həyat yoldaşı olanlar üçün davam edir.

Valideynlərimin yasında görürdü ki ağlayıram, çağırırdı çölə başlayırdı sakitləşdirirdi. Ürəyimi almaq üçün hər şey edirdi.

Təsəvvür edin, yasda bəzi adamlar mənə dedi ki, sağ əlin mənim başıma. Görün ər onu necə incidirsə, elə deyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.