Şou-biznes

"Ailəmizdə elə problemlər var ki, gizli saxlayırıq" - Xalq artisti

27 İyun 2020 13:04
Baxış: 3 044
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sənət adamı olanda nə olar ki? Biz də xəstələnirik, elə problemlər yaranır ki...".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova "Bizimləsən" proqramında deyib. Xanəndə bildirib ki, ailəsində yaşanan problemləri ictimailəşdirməyi sevmir:

"Onları efirə, mətbuata çıxartmır, gizli saxlayırıq. Elə ağır xəstəliklər var ki, bizim də ailəmiz bundan yan keçmir.

İndi koronavirus yayılıb. Onunla bağlı gigyenik qaydalara indi yox, hər zaman riayət etməliyik. Mən hər zaman məclislərə öz mikrofonumla getmişəm.

Bu ərəfədə mən də yardımlar etdim. Bunları deməyi sevmirəm. Demirəm ki, kiminsə problemini kökündən həll edirəm, yox... Sadəcə, kiçik köməyim dəyib".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.