Şou-biznes

"Maska taxanda gözəlliyimə xələl gəlir" - Məleykə Əsədova

26 İyun 2020 18:55
Baxış: 3 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dünyada silahsız savaş gedir. Koronavirus bütün dünyanı bürüyüb. Çox çətin haldır".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişində deyib. Aktrisa efirlərə maska taxması ilə bağlı sosial şəbəkədə yayılan şərhlərə münasibət bildirib:

"Əvvəl insanlar inanmadı, barmaqarası baxdılar. Mənə çatmadı, bütün dünyanı bürümüş və həyatı dayandıran bir xəstəlikdir. Özümüzü qorumalıyıq. Beləcə, yaxınlarımızı, ətrafımızı qoruyacağıq. Qarşısını kəsə bilmədik, ikinci dəfə belə karantin yaşadıq.

Maska taxıram, söz edirlər. Ürəyim belə taxmaq istəyir. Mənim belə xoşuma gəlir. Şeir deyirəm, açıram maskanı. Evdə qızım, yaxınlarıma maskasız küçəyə çıxmağa icazə vermirəm. Bunu taxmaqla gözəlliyimə xələl gəlir. Gəlsin, əsas sağlamlıqdır". 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.