Şou-biznes

"Vəziyyət pisdir, iş axtarıram" - Renka

19 İyun 2020 14:24
1 Şərh     Baxış: 4 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Depressiyadayam. Məclislər yoxdur, gəlir olmur. Pandemiya işimizə çox pis təsir edib".

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında rəqqasə Rəna Ağamuradova (Renka) deyib. Sənətçi artıq maddi sıxıntı çəkdiyini etiraf edib. Renka bildirib ki, iş axtarmağa başlayıb:

"Karantin başlayandan bir manat da gəlirim olmayıb. İndiyənə kimi yığdığımı yedim. İndi o da bitib. Vəziyyət pisdir. Başqa işlərə əl atmağı fikirləşirəm. Heç olmasa gündəlik ehtiyacı ödəyim. Ona görə də iş axtarmağa başlamışam.

Əlimdən biznes qurmaq da gəlmir, bacarmıram. Bəlkə salon işinə qayıdım. Amma karantin bitəndən sonra rəqs məktəbi açacam".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.