Şou-biznes

Xalq artistindən gözlənilməz etiraf: “Mikayıl Müşfiqin taleyini yaşadım”

15 İyun 2020 17:58
Baxış: 2 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Allah Mikayıl Müşfiqə rəhmət eləsin! Onlar canlarını, həyatlarını həqiqət uğrunda fəda etdilər, şəhid oldular. Müşfiq erkən yaşlarında anasını itirmişdi. Ona görə yazdığı şeirdə "Ana dedim, fəqət onu görməz oldum yanımda..." ifadəsini işlədib. Müəyyən qədər Müşfiqlə mənim taleyimdə oxşarlıq var".

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Eyyub Yaqubov AzTV-də yayımlanan "Ağ qara" proqramında qonaq olarkən deyib.

Mikayıl Müsfiqin taleyindən bəhs edən sənətçi anasının itkisi ilə bağlı səmimi etirafları ilə diqqət çəkib:

"Anamı on beş yaşımda itirmişəm. Bu, insana çox təsir edir. Həsrət insanın içini yandırıb-yaxır. Ananı axtarırsan. Allah özünü ananın vasitəsi ilə göstərir. Peyğəmbərimiz də buyurub ki, cənnət anaların ayaqları altındadır. Ana sevgisi vicdanı, imanı olanların qəlbində yaşayır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.