Şou-biznes

Meral Konratdan "Təhminə və Zaur" filmi ilə bağlı etiraf

14 İyun 2020 19:11
Baxış: 4 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Meral Konrat "Təhminə və Zaur" filmi ilə bağlı maraqlı etiraflar edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "ATV səhər"də danışıb. O bildirib ki, Zaur obrazı üçün ilk vaxtlar Xalq artisti Fəxrəddin manafov yox, Adel adlı rus aktyor seçilibmiş:

"Zaur obrazını Adel adlı rus aktyor oynadı. Onunla filmi yarısına qədər çəkdik. Fəxrəddin Manafovla həmin ərəfədə tanış olmuşduq. O, Zauru oynamağı çox istəyirdi. Həmin vaxt Fəxrəddin Spartak obrazı üçün seçilmişdi. Bir gün rejissor zəng etdi ki, Meral xanım, filmi sildim, yenidən çəkilməlidir. Dedim ki, niyə? Dedi, Adeli çəkmək istəmirəm. Soruşdum ki, bəs, kimi çəkəcəksiniz? Fəxrəddin Manafovu seçdiyini söylədi. Çox sevindim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.