Əməkdar artist Mətanət İsgəndərli maddi sıxıntı yaşadığını deyib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni toy şənliklərinin olmamasının onun büdcəsinə ciddi ziyan verdiyini söyləyib. Bu haqda "5/5" verilişində danışan İsgəndərli qohumlarına da maddi dəstək olduğunu deyib.
O, müğənni Nadir Qafarzadənin "Bütün nəsli Mətanət saxlayır" sözlərini təsdiqləyərək "Bəli, Nadir bilir" cavabını verib:
"Utanıram, amma heç kimdən borc ala bilmirəm. Utanıram deyim ki, pulum yoxdur. 30 ildir sənətdəyəm, heç bir biznesim yoxdur. Yığdıqlarım da 2 aya qurtardı".
Milli.Az