"Bütün nəsli mən saxlayıram" - Mətanət

12 İyun 2020 20:34

Əməkdar artist Mətanət İsgəndərli maddi sıxıntı yaşadığını deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni toy şənliklərinin olmamasının onun büdcəsinə ciddi ziyan verdiyini söyləyib. Bu haqda "5/5" verilişində danışan İsgəndərli qohumlarına da maddi dəstək olduğunu deyib.

O, müğənni Nadir Qafarzadənin "Bütün nəsli Mətanət saxlayır" sözlərini təsdiqləyərək "Bəli, Nadir bilir" cavabını verib:

"Utanıram, amma heç kimdən borc ala bilmirəm. Utanıram deyim ki, pulum yoxdur. 30 ildir sənətdəyəm, heç bir biznesim yoxdur. Yığdıqlarım da 2 aya qurtardı".

Milli.Az