Şou-biznes

Aybəniz Haşımova kürəkəninə tərif yağdırdı: "Qismətdən artıq yemək olmur" - FOTO

10 İyun 2020 14:45
14 Şərh     Baxış: 10 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Canım oğlum, Allah səni, ailəni qorusun, çox sağol, balam. Bu 9 günü başımın üstündə dağ kimi dayanmağın mənə hünər, cəsarət və ümid verdi.

Milli.Az xəbər verir ki, bu sözləri bir müddətdir qızıl yel xəstəliyindən əziyyət çəkən əməkdar artist Aybəniz Haşımova instaqramda yazıb. Kürəkəninə tərif yağdıran sənətçi sözlərinə belə davam edib:

"Sənin kimi bir oğulu mənə bəxş etdiyinə görə Allaha şükürlər olsun. Düzü, istəməzdim ki, belə bir tez müddətdə sizə yük olum... Amma neyləmək olar... Qismətdən artıq yemək olmur. Yəqin ki, bu da bir imtahandır. Yaxşı olacam, üzülməyin, balalarım".

Qeyd edək ki, müğənninin qızı, bloger Aynişan Quliyeva Kənan Əli adlı fitnes müəllimi ilə evlidir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.