Şou-biznes

"Ürəyim partlayır, əziyyət çəkirəm" - Hüseyn ağladı

8 İyun 2020 14:40
3 Şərh     Baxış: 22 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kövrəldim... Kövrək insanam. Elə şeylər var ki, onlar haqqında danışanda pis oluram.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Musiqiçi övladlarından danışarkən göz yaşlarını saxlaya bilməyib:

"1996-cı ildə atamı itirəndə pis vəziyyətdə idik. Bizə mal-mülk qoymadı, ancaq mənə sənət verdi. Bu sənət də məni qaldırdı. Bir taxta parçası məni haralara gətirib çıxardı. Nə bilərdim ki, illər sonra böyük kanalda kamera qarşısında müsahibə verəcəm. Kim idim ki: kasıbçılıqla böyüyən, küçələrdə atdanıb-düşən adi bir uşaq.

Atamın mənə verdiyi sənətlə bu yerlərə gəldim. Elə şeylər var ki, mənə toxunur, ürəyim partlayır, çox əziyyət çəkirəm. Depressiyaya düşürəm, özümə qapanıram.

Bilirəm ki, həyatdan getsəm, övladlarım əziyyət çəkməyəcək. Qazanıb onların yaxşı yaşaması üçün hər şey etmişəm. Bu da mənə rahatlıq verir. Övladlarıma çalışdığım qədər vaxt ayırıram. Onları çox sevirəm, bundan sonrakı həyatımı da onlar üçün yaşayacam. Uşaqların arxasında durmaq, sağlam övlad böyütmək lazımdır". 

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.