Şou-biznes

Pərvin Abıyeva: “Daha çox kişilərlə dostluq edirəm, çünki...”

7 İyun 2020 11:30
2 Şərh     Baxış: 3 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gündəmdə olmaq və xəbər yaratmaq üçün çalışmamışam. Səhər gözümü açıb görmüşəm ki, qalmaqalın içindəyəm. Hələ də belə davam edir".

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur aktrisa Pərvin Abıyeva "Xəzər" televiziyasında yayımlanan "X maqazin" proqramına verdiyi müsahibəsində deyib.

Şəxsi həyatında heç kimin olmadığını deyən sənətçi tez nəzərə gəldiyini bildirib:

"Bu gündən etibarən bütün mediadan xahiş edirəm ki, şəxsi həyatımla bağlı mənə sual verməyin. Bununla bağlı heç kimə cavab verməyəcəyəm. Həyatım mənə aiddir. Şəxsi həyatımda heç kim yoxdur. Rahatam (gülür)...

Həyatımda kimsə olanda rahat yaşaya bilmirəm. Yazırlar, gizli-gizli foto və ya videolarımızı çəkib, sosial mediada paylaşırlar, müzakirə edirlər. Bu heç də xoş hal deyil. Mənə çox tez nəzər dəyir". 

P.Abıyeva qadınlarla deyil, kişilərlə dostluq etdiyini bildirib:

"Daha çox kişilərlə dostluq edirəm. Çünki əks cinsin nümayəndələri qadınlar kimi paxıllığınızı çəkmir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.