Şou-biznes

"Xəyanət varsa, sevgi ola bilməz" - Gülay

4 İyun 2020 12:34
Baxış: 5 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəyanəti bağışlamaq olmaz. Xəyanət təkcə qadın və kişi münasibətlərində olmur. Qadınla kişini birləşdirən istəkdir, sevgidir. Onların arasında xəyanət varsa, nə istək, nə də sevgi ola bilər".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Gülay Zeynallı "Ulduzun vaxtı" proqramında qonaq olarkən deyib. Sevgidən, xəyanətdən danışan sənətçi "Sənət üçün nəyi qurban verdin" sualına belə cavab verib:

"Hər kəs ailəsini qoruyur, orada bir övlad varsa lap çox... Analıq hissini yaşayan qadın xoşbəxtdir. Bir şeyə sənin həvəsin varsa, bu, qurban deyil. Qismətə inanıram. İnsanlar var ki, qismətə inanmır, bəd kimi bütün günü gözünün yaşını axıdır. Ölüm-itimə də qismət kimi baxıram.

Qısqanc insanam. Çox istədiklərimi paylaşa bilmirəm. Hətta rəfiqəmi də qısqanıram. Həyatda sevgi ilə yaşamaq lazımdır".

Gülay idmançı həyat yoldaşı Kamil Zeynallı ilə bağlı ünvanlanan suala isə belə reaksiya verib:

"İfaçıyam, mahnılar yazdırıram, zaman ayırıram, maddiyat, sağlamlığımı sərf edirəm. Mahnı yazdıranda səhərəyaxın evə gəlirəm. Sonra da həyəcan çəkirəm ki, görəsən, tutacaq? İstəyirəm çəkdiyim əziyyət qarşısında sənətdən danışsınlar.

Kamil də tanınmış insandır, məşqçidir. Onun da işi var. O da efirə gedəndə deyirəm, çalış, işindən sual versinlər. Hər şey yaxşıdır, yaxşı da olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.