Şou-biznes

Tolikin İlhamə Quliyeva və Flora Kərimovanın mehriban videosunu paylaşması qalmaqala səbəb olub

4 İyun 2020 10:59
Baxış: 4 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prodüser Tarix Əliyevin (Tolik) Xalq artistləri İlhamə Quliyeva və Flora Kərimovanın mehriban vaxtlarının videosunu paylaşması qalmaqala səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Xalq artisti Brilliant Dadaşova yayımlanan videonun şərh bölməsinə mərhum müğənni ilə aralarında olan mübahisədən yazıb. İnsanlar isə Dadaşovanı tənqid edərək "Sağ olanda demirdiz" sözləri ilə qınayıblar.

Brilliant isə heç vaxt İ.Quliyevanı tənqid etməkdən çəkinmədiyini bildirib:

"Allaha and olsun ki, o, çox yalan, şər, böhtanı qorxmadan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb, qarnına balışı qoyurdu ki, guya hamilədi. Qızını o, doğmayıb. Flora xanımın qızı ona oxşamasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki, ağlıma gəlməzdi bir insan bu qədər şeytana qulluq edər. Bu söhbəti Floraya heç vaxt danışmamışam. Onun üzünə də bu sözləri yüz dəfə demişəm.Sağ olanda dediyim sözləri yanındakılar yaxşı bilir".

F.Kərimova Dadaşovanın sözlərini cavabsız qoymayıb. O, paylaşım edərək bunları yazıb:

"Brilliant xanım, sizin başınız heç də az çəkmədi ondan. Nə birinci idiz, nə də sonuncu. İndi söz düşüb bəzilərinin dilinə -"sağlığında bir söz deyə bilmirdilər". Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardız".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.