Şou-biznes

Əməkdar artist koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

27 May 2020 19:14
0 Şərh     Baxış: 2 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Unikal.org-a sənətçinin özü məlumat verib.

O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:

"Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm. Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.