Şou-biznes

"Gəlin toydan 1 ay sonra cehizini yığıb Elzanın yanından köçüb"

12 May 2020 18:33
4 Şərh     Baxış: 5 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elza Seyidcahanın gəlini ilə münasibətlərinin yaxşı olmadığı iddia edilib.

Milli.Az axşam.az xəbər verir ki, bu haqda aparıcı Zaur Kamal "5/5" verilişində deyib. O bildirib ki, gəlini Seyidcahanla eyni evdə yaşamaq istəməyib və ərə gəldikdən 1 ay sonra cehizini yığıb başqa evə gedib.

Onun sözlərini təsdiqləyən Elza "Oğlum və gəlinim kirayədə yaşayır. Oğlum ayrı qalmaq istədi, mən də razılaşdım. Tək yaşadığım üçün qızım ərə gedəndə kürəkənimi yanımda saxladım. O da mənim üçün oğuldur" sözlərini söyləyib.

Müğənni gəlini Xəyalə ilə küsülü olması iddiasını isə yalanlayıb. İfaçı canlı yayımda Xəyaləyə zəng edərək, aralarında heç bir inciklik olmadığını sübut edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.