Şou-biznes

Kilo alan Mina kamera qarşısında açıq-saçıq pozalar verdi - VİDEO - FOTO

11 May 2020 18:45
29 Şərh     Baxış: 13 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Mina Hüseynin açıq-saçıq fotoları müzakirələrə səbəb olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, hər zaman cazibədar görüntüsü ilə gündəmə gələn ifaçı, bu dəfə də ənənəsinə sadiq qalıb. Müğənni yeni fotosessiyası üçün kamera qarşısına keçib. O, sinəsiaçıq və qısa ətəklə çəkilən görüntülərini "İnstagram" səhifəsində izləyicilərin ixtiyarına buraxıb. Bundan başqa Minanın qara rəngli, çimərlik geyimini xatırladan libası isə pərəstişkarlarının ağlını başından alıb.

Müğənninin bu görüntüləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onun, əsasən, kişi pərəstişkarları tərəfindən bəyənilən fotolarını tənqid edənlər də tapılıb.

Minanın artıq çəki alması da izləyicilərin diqqətindən yayınmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Mina Hüseyn Xalq artisti, rəqqas Əlibaba Abdullayev və bəstəkar Nailə Mirməmmədlinin əmisi nəvəsi, ifaçı Elnarə Xəlilovanın xalası qızı və Almaz Saraylının bacısı qızı olduğunu açıqlayıb.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.