Şou-biznes

"Xərçəng böyrək damarlarıma yayılıb" - "Toppuş bacı"

8 May 2020 19:59
26 Şərh     Baxış: 5 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" verilişinin virtual qonağı olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa xəstəliyin yenidən qayıtdığını bildirib. O deyib ki, şiş bu dəfə böyrək damarlarında yaranıb:

"Təəssüf ki, yenidən xərçəngə yoluxmuşam. Böyrək damarlarımda törəmələr çıxıb. Yenə də ayaqüstəyəm, çalışıram yaxşı olum. İki ilə yaxın limfalarda olan şişlərdən müalicə aldım. İstənilən nəticəyə gəlib çıxdıq. Həkimdən soruşdum ki, yenə kimyaterapiya alacam? Dedi ki, hə. Məcburam...

Kimyaterapiya qəbul edə bilmirəm, orqanizmimdən asılı olan problemdir. Mənim dərmanım kimyaterapiyadır, amma qanım aşağıdır, olmur. Bir ay içində 150 iynə vurulub mənə. O qədər ağır hallar keçirirəm ki... Orqanizmim tab gətirmir. İndiki durumum yaxşı deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.