Şou-biznes

"Hamısının burnu kəsik, dodağı şişmə" - Zöhrə Abdullayevadan müğənnilərə

8 May 2020 15:19
6 Şərh     Baxış: 2 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gənc xanım ifaçıları dinləyirəm. Amma surətləri yadımda qalmır. Hamısının burnu kəsik, dodağı şişmə. Eynisifətdilər deyə, adları yadımda qalmır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "7 canlı" verilişində deyib. Müğənni gənc ifaçılardan bəhs edib. O bildirib ki, yeni çıxan sənətçilər plastik müdaxilələr çox etdirir və biri-birinə oxşayır.

Z.Abdullayeva trenddə olan ifaçılarla bağlı suala belə cavab verib:

"Yeni çıxanları tanımıram. Savadsız deyiləm, amma "trend" nədir? İndi bazar iqtisadiyyatıdır. Özü bilir birinci yerə neçə çıxır.

Qalmaqal edənlər isə... Allah onlara təmkin versin. Dalaşmasınlar, bir-birini qırmasınlar. Abır-həya yaxşı şeydir. Pərdəsiz heç nə olmaz. Hamımız eyni yolu yolu gedirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.