Şou-biznes

Əməkdar artistdən gözlənilməz etiraf - “Dərdimdən ölən var”

28 Aprel 2020 19:34
10 Şərh     Baxış: 4 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Könül Kərimova canlı efirdə səmimi etirafı ilə diqqət çəkib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan "Şou ATV" verilişində qonaq olan sənətçi sevgidən söhbət açıb.

Şounun aparıcısı Nanə Ağamalıyevanın Kərimovaya yarıciddi, yarızarafatla ünvanladığı "Dərdinizdən kimsə ölüb?" sualına müğənninin cavabı belə olub:

"Çox ağır sualdır. Gərək yaxşı-yaxşı fikirləşim. Elə indi də dərdimdən ölənlər var. Həm xanım, həm də sənətçi kimi dərdimdən ölən var".

Qeyd edək ki, müğənni K.Kərimova ailəlidir. O, bir oğul və bir qız anasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.