ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Manaf Ağayev olub.
Milli.Az bildirir ki, sənətçi, gəlinlərindən ağız dolusu danışıb:
"Oğlum nişanlıdır. Özləri tanış olub, bir-birini sevir. Mən də razılıq vermişəm. Təzə və köhnə qudalarımı salamlayıram. O biri oğlum evlidir. Gəlinlərimin də üzündən öpürəm. Gəlinlərim mənə Manaf əmi deyirlər, ata demirlər. Oğullarımın həyat yoldaşı mənim balamdır. Hər ikisinin ayrı evi var, ayrı yaşayırlar".
Milli.Az