Şou-biznes

Mətanət Əsədova niyə efirə çıxmır? - ÖZÜ AÇIQLADI

24 Aprel 2020 07:21
12 Şərh     Baxış: 6 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Mətanət Əsədova efirlərdən uzaq qalmasının səbəbi barədə danışıb. Milli.Az xəbər verir ki, o, 'ölkə.az''-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu, onun şəxsi qərarıdır:

''Mən özüm efirlərə çıxmıram. Qaldı ki, unudulmağa, o mənə aid ola bilməz. Mənim kimi sənətkar unudula, yaddan çıxa bilməz. Efir qadağası olan müğənnilər barədə bir söz deyə bilmərəm. Çünki heç kimin qəlbini qıra bilmərəm''.

İfaçı karantindən sonra müğənnilərin toy qiymətinin bahalaşmasına da münasibət bildirib.

''Təki hər zaman toy olsun. Qaldı ki, müğənnilərin toy qiymətinin bahalaşmasına, ona hər kəs yəqin ki, özü qərar verəcək. Kim istəsə, qiymətdə dəyişiklik edib bahalaşdıracaq. Təbii ki, yenə də bu hər kəsin öz şəxsi qərarı olacaq''.

Qeyd edək ki, "Xəzər" Televiziyasında efir qadağası qoyulan müğənnilər arasında Mətanət Əsədovanın da adı çəkilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.