Şou-biznes

“Bu şəhərdə”nin Rafaeli aktyorları tənqid etdi: “Sıxıcıdırlar”

21 Aprel 2020 12:49
9 Şərh     Baxış: 3 465
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əyləncənin dəyişilməyən ünvanı Keşlədəyəm. Karantində başımı sosial şəbəkələrdə keçirməklə qatıram. Karantindən öncə həftədə üç dəfə idmana gedir, məşq edirdim. Kökələndə həftədə iki dəfə idmana gedirdim. Həmçinin, Kamil Zeynallının idman zalında məşq edirdim. İndi evdə qaldığım üçün idmana gedə bilmirəm. Evdə atlama ipində tullanıram, yüngül idman hərəkətləri edirəm. Arada ssenarilər də yazıram.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov Bəhram Bağırzadənin "Instagram" hesabında açdığı canlı efirdə qonaq olan zaman deyib.

Karantin günlərini idmanla keçirən Rafael teatr aktyorlarının oyununun zəif və sıxıcı olduğunu bildirib:

"Dövlət teatrlarımızın birində tamaşaya baxmağa getdim. İnanın ki, birinci hissəni izləyəndən sonra sıxılıb, oranı tərk etdim. Heç bəyənmədim".

Əməkdar artist "Bu şəhərdə"nin gələcək planlarından da danışıb:

"Bu il "Bu şəhərdə"nin iyirmi illiyi olacaq. Bununla bağlı böyük planlarımız var. Tək ikimiz deyil, bir neçə aktyorlarla bərabər tamaşa hazırlamaq istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.