Şou-biznes

“Yollar bağlı olduğundan oğlum Estoniyada qalıb” - Nüşabə Ələsgərli

20 Aprel 2020 19:59
0 Şərh     Baxış: 3 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oğlum hazırda Tallin (Estoniya) şəhərindədir. O, orada magistratura təhsili alır. Oğlum üçün darıxıram, amma mütəmadi onunla görüntülü olaraq danışıram".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Səni axtarıram" proqramının virtual qonağı olarkən deyib.

Sənətçi oğlunun Tallində qaldığını, yollar bağlı olduğu üçün Bakıya gələ bilmədiyini söyləyib. Bundan əlavə, pedoqoq kimi fəaliyyət göstərən müğənni tələbələrinə onlayn dərs keçdiyini bildirib:

"Qanuna əməl edərək evdə otururam. Televiziyalarımızın bizə verdiyi arayış əsasında evdən çıxıb çəkilişlərə gedirəm. Universitetdə dərs deyirəm. Tədris onlayn rejimə keçdiyi üçün mən də dərsimi onlayn aparıram. Həftənin bazar ertəsi və cümə günləri tələbələrimə dərs keçirəm".

Evdə darıxmıram. Karantinin ilk günlərində sıxılırdım, indi isə hər şey qaydasına düşüb. Hər zaman uşaqlar dərsdə, mən işdə olmuşam. Üzümüzü görməmişik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.