Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədəki paylaşımına görə izləyiciləri tərəfindən tənqid olunub.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni yeni fotosunu İnstaqramda yayımlayaraq sevgidən yazıb.
Xanbabayevanın "İçimizdə olan sevgini qoruyub saxlayaq. Aşıb daşsın, çox olsun. Sevgimizi bir-birimizə etiraf etməyimizin tam zamanıdır. Sizi çox sevirəm" sözləri tənqid atəşinə tutulub.
İzləyicilər müğənniyə "Sevirsənsə, xalqa bir az yardım et", "Sevginizi yardım edərək göstərsəniz, xalq sevinər" kimi rəylər yazıblar.
Milli.Az