Şou-biznes

"Balalarım yanımda deyil, təkəm" - Xalq artisti

14 Aprel 2020 14:37
9 Şərh     Baxış: 5 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Karantin başlayandan təkəm. Balalarım yanımda deyil, Bakıdadır, çalışırlar (kövrəlir). Özüm Gəncədə qalıram. Uşaqlarımı qoymuram yanıma gəlsinlər. Deyirəm, həmişəlik birlikdə olmaq üçün ayrı qalmaq yaxşıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Pərvanə Qurbanova "Bizimləsən" verilişində deyib. Aktrisa proqramın virtual qonağı olib. O bildirib ki, karantin başlayandan tək yaşayır:

"Müharibə görmüş insanlarıq. Qarabağ müharibəsində düşmənlə vuruşduq. Bu virus isə gözəgörünməyən düşməndir. Bilmirik nə vaxt bitəcək və bizi harada vuracaq. Bizim dövlətə köməyimiz evdə oturmaqdır. Bu bəla keçsin, qurban kəsəcəm".

Qeyd edək ki, P.Qurbanova tamaşaçılara "Yuxu kimi" serialındakı Sərvinaz obrazı ilə tanışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.