Şou-biznes

"Koronavirus yox e, göydən komet də gəlsə, bizim kişi evə yığışan deyil"

10 Aprel 2020 10:42
6 Şərh     Baxış: 10 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərimi evdə tapa bilirəm ki, virus da bizi boşatdırsın? Koronavirus yox e, göydən komet də gəlsə, bizim kişi evə yığışan deyil. Bütün günü əri yanında olan xanımların boşanmaq riski daha çoxdur.

Milli.Az xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında ailə qurub Türkiyədə yaşayan aktrisa Cəmilə Tağıyeva koronavirusun ailələrdə boşanmaların statistikasının artacağı ilə bağlı psixoloqların xəbərdarlığına münasibət bildirərkən deyib.

Aktrisa xanımlara məsləhət də verib:

"Bu virus hamını evə yığdı, bircə mənim kişimdən başqa. Kişi evdə oturmur. Balaca övladım məni ikiqat karantin rejimində saxlayır. Onu da deyim ki, evdə körpə olanda söz-söhbətin də qarşısı alınır.
Hər ailənin öz qayda-qanunları var. Amma bütün qadınları birləşdirən tək bir dəyər var, o da səbrdir. Səbrli olaq və bu müddəti sağ-salamat ötürək. Onda boşanmaların da sayı artmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.