Şou-biznes

Afaqı Azərbaycanın Monikası adlandırdılar - VİDEO

9 Mart 2020 12:14
10 Şərh     Baxış: 3 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə şou-biznesin tanınmış kişiləri xanımları təbrik ediblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onları "ATV maqazin onlarla" verilişi lentə alıb.

Müğənni Əkbər Əliyev Roza Zərgərlini gül dəstəsi ilə təbrik edib. Roza bildirib ki, Əkbərlə 20 ildir dostdur.

Müğənni Ceyhun Əliyev isə aparıcı Afaq Gəncəlini təbrik edib. O, "Kişilərə fürsət düşür ki, bu bayram xanımları təbrik etsin. Qırmızı güllər romantik xanımlar üçündür və şirin xanımlara özəldir" deyərək, Afaqa gül dəstəsi, şokolad və ətir bağışlayıb. O, Afaqı Azərbaycanın Monika Belluççisi adlandırıb.

Müğənni Yaşar Yusub isə aparıcı Vüsalə Əlizadəyə bayram hədiyyəsi verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.