Şou-biznes

“İnsanlar paxıllıqdan gözəl şeyləri məhv edir...”

4 Mart 2020 11:23
7 Şərh     Baxış: 5 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzən insan evi kimi həyatını da təmizləməlidir. Qəlbimi tükədən sevgiləri, saxta dostları, quyu qazan qohumları, eqoist, nankor insanları sonsuzadək qapının arxasında qoymalıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli sosial şəbəkədə yazıb.

O, həyatındakı sadiq olmayan şəxslərdən bəhs edib:

"Bəzi insanlar sizə yox, sizə olan ehtiyaclarına sadiqdir. Ehtiyac duyduqları şey dəyişəndə, sədaqətləri də dəyişir. Gerçək sevgi yaşayın, xoşbəxt olun, amma heç kimə deməyin. Çünki insanlar paxıllıqdan gözəl şeyləri məhv edir. Bunun isə dərmanı yoxdur. Tanrı bir insanı həyatından çıxarırsa, bil ki, səni qorumaq üçün edir. Unutmayın ki, başınıza gələn bir çox şeylərin səbəbkarı da diliniz və saflığınızdır".

Qeyd edək ki, Ü.Xəlilbəyli "Vicdan haqqı" serialı ilə məşhurlaşıb. O, eyni ekran işində tanış olduğu həmkarı Murad İsmayılla ailəlidir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.