Şou-biznes

“O qədər insan itirmişəm ki...” - Pərvin Abıyeva

19 Fevral 2020 20:29
1 Şərh     Baxış: 4 478
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Həssas olmuşam. Kiminsə həyatımdan getməsi məni üzmür. Hətta itkinin fərqində belə olmuram".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial media hesabında yazıb.

O, ayrılıq barədə yazdığı statusa bu fikirləri də əlavə edib:

"Elə hiss edirəm ki, sanki siqaret çəkib bitirmişəm. Telefonun səssizliyi, güclü bir çiyinin əskikliyi və kömək əlinin olmaması məni ruhdan salmır. Artıq başqalarının seçimləri məni narahat etmir. O qədər insan itirmişəm ki, artıq vecimə deyil. Ya da buna öyrəşmişəm".

Qeyd edək ki, aktrisa bir müddət öncə sevgilisi, eks-polis işçisi Murad Abdullayevin qardaşının qəfil ölümü ilə gündəmə gəlmiş və bununla bağlı da status yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.