Şou-biznes

Şou-biznesin 4 məşhuru Moskvada barışdı - FOTO

11 Fevral 2020 17:16
1 Şərh     Baxış: 2 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın 4 məşhur şou-biznes üzvü barışığa imza atıb. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, onlar Xalq artistləri Brilliant Dadaşova, Röya Ayxan, Əməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynovdur.

Bir müddət əvvəl Röyanın "3 D" proqramında Dadaşova barədə söylədiyi fikirlərdən sonra başlayan gərginlik, Zamiqlə Abbasın uzun illərdir davam edən küsülülüyü sona çatıb. Belə ki, 4 tanınmış şəxs Moskvada təşkil olunmuş tədbirlə bağlı bir araya gəliblər. 

Sosial şəbəkədə paylaşılan fotolardan məlum olub ki, tərəflər artıq soyuq münasibətlərə son qoyublar. 

Xatırladaq ki, Röya Brilliant Dadaşovanın erməni ifaçıya "super" şərhini yazmasını qınamışdı.  Dadaşova isə sosial şəbəkədə ard-arda video paylaşaraq Röyaya sərt cavab vermişdi. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.