Rusiyaya köçüb yaşayan Rəqsanə İsmayılova zəngin iş adamı olan həyat yoldaşı Fazil ilə fotosunu paylaşıb.
Milli.Az xəbər verir ki, hər zaman ərinin üzünü gizlədən müğənni bu dəfə ənənəni pozub. Rəqsanə divanda uzanaraq Fazil ilə çəkdirdiyi fotosunu sosial şəbəkə təqibçilərinin ixtiyarına verib.
Müğənninin bu paylaşımına "Kişi başına kül qoyum", "Day niyə paçavı qoymusan təpəsinə?", "Heç zad, bayaqdan kişi sevmirdi üzə çıxmağı, indi artıq iri planda yer alıb" kimi tənqidi şərhlər çoxluq təşkil edib.
Qeyd edək ki, Rəqsanənin biznesmen əri Fazil Əmiraslanovun ilk evliliyindən Elvin adlı oğlu var. İş adamı ilə Rəqsanənin isə əkiz övladları var. F.Əmiraslanov müğənninin qızları Aysun və Yağmura da öz soyadını verib.
Məhəmməd Vaqif
Milli.Az