Şou-biznes

“O qədər olub ki, mağarın qabağında ağlamışam” - Cabir Abdullayev - VİDEO

5 Fevral 2020 19:49
6 Şərh     Baxış: 3 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı əməkdar artist Cabir Abdullayev olub.

Milli.Az xəbər verir ki, müğənni səsinin batmasından və həmin zamanlarda çətin günlər keçirməsindən söhbət açıb:

"Evin sonbeşiyi olmuşam. "Qarabağ bülbülləri" ansamblında oxuyurdum. O məktəbi keçməyən Ağdam ifaçısı mənə elə gəlir ki, olmayıb. Uşaqlıqdan bu aləmə daxil oldum. Qeyri-adi səsim var idi. Adicə toy şənliklərinə gedəndə uşaq idim deyə məni qucaqlarında aparardılar. Günlərin bir günündə məclislərin birində oxuduğum yerdə səsim dolşadı. Üstündən 1 həftə keçdi səsim başqa tembrdə oldu, sonradan isə təmiz batdı. Adi insalar kimi oxumağa səsim olmadı. Mən o zaman zərbə aldım. 14-15 yaşım olardı. O vaxtlar 5 nəfərdən birinin səsi var idi. Həmin vaxtlarda mağarın girəcəyinə söykənirdim. Mağara dəvət etmirdilər, oxumaq qalsın bir yana. O qədər olub ki, orda ağlamışam. Evə gəlib, səhərə qədər ağlamışam".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.