“Sevdiyim qıza görə universitetə daxil oldum” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bülbülə qəsəbəsindənəm. Mən Azərbaycanca danışa bilirəm, sadəcə rus dilində danışmaq mənə daha rahatdır. Əslində, bloqqerəm, eyni zamanda biznesmen və müğənniyəm".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla" verilişinə müsahibəsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqqer Hüseyn Həsənov (Gusein Gasanov) deyib.
O, özü haqda bilinməyənləri danışıb:
"Düşünürəm ki, bir yerdə dayanmaq olmaz, inkişaf etmək lazımdır. Hazırda isə filmə çəkilmək istəyən aktyoram. Sank-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini bitirmişəm. İqtisadçıyam. Heç bilirsiniz universitetə necə qəbul olunmuşam? Məktəbdə bir qız var idi, onu sevirdim. O, həmin universitetə daxil olmuşdu. Elə oldu ki, mən də qıza görə universitetə daxil oldum. Əslində, vəkil olmaq istəyirdim. Oxuduğum müddətdə bilirdim ki, ixtisasım üzrə işləməyəcəm. Universitet yaxşı təcrübədir. Orada yaxşı dostlar qazandım".
Bloqqer bildirib ki, Röya ilə duet oxumaq istəyir:
"Azərbaycan mənim vətənimdir. Ora getməyi, qohumlarımı ziyarət etməyi çox sevirəm. İstəyirəm ki, Bakıda video çəkim. Röyanı çox bəyənirəm. Müğənni kimi tanıyıram, amma insan kimi yox... Uşaqlıqda necə görmüşdümsə, elə də qalıb. İllər onu dəyişməyib. Onunla duet oxumağı çox istəyərdim".
H.Həsənov evlənmək niyyətinin olduğunu da söyləyib:
"Evli deyiləm, amma evlənmək istəyirəm. Bu şəxsi tapmaq çox çətindir. Gənclərə məsləhətim budur ki, qarşılarına məqsəd qoysunlar. Bir neçə il öncə mən mağazada çalışırdım. İndi isə restoranım var. Əgər desələr ki, bu, səndə alınmaycaq, heç kimə qulaq asma, göstər ki, sən bacararsan!"
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Təyyar Bayramovun ailəsində xoş gün
XƏBƏR LENTİ
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı





