Şou-biznes

"Cənnət anaların ayağı altında deyil, əsas kişilərdir" - Kəmalə

21 Yanvar 2020 19:34
15 Şərh     Baxış: 6 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qadın olmaq kişi olmaqdan çətin deyil. Kişi olmaq daha çətindir. Hərdən kişi doğulduğumu hiss edirəm. Özümə deyirəm, Kəmalə, yavaş, yerişinə, duruşuna nəzarət et, sən qadınsan. Özümə "stop" qoymaqdan çəkinmirəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Müzəffər "Ağ və qara" verilişində deyib. Aktrisa kişilərdən bəhs edib. O, qadınların güclü cinsin nümayəndələrindən aşağı olduğunu söyləyib:

"Elə bir sahəni göstərin ki, orada ancaq qadın öndədir. Aşpazlıqdan tutmuş bütün sahələrdə kişilər öndədir. "Qadın böyük qüvvədir", "Cənnət anaların ayağı altındadır", "Əsas qadındır" - yox. Əsas kişilərdir.

Kişi birinci yaradılıb. Yaradıcılıqdan tutmuş, beyinə qədər hər şeydə kişi öndədir. Bunu demək mənim üçün şərəfvericidir. Necə olur başımızı qoymağa kişi çiyni, dəstək, kölgəsində dincəlməyə kişi axtaranda yaxşıdır? "Kişilər bizdən öndədir" deyəndə pis? Kişiləri sevmək lazımdır. Onları nə qədər çox sevsək, əzizləsək, sığallasaq, o qədər ipə-sapa yatacaqlar. Gənc xanımlar var ki, kişi bir deyəndə, iki cavab verir. Onu sevəndə yaxşı olur, bir balaca səsini qaldıranda pisdir? Bir kişinin qulluğunda dayanmağın, onun sevdiyi yeməyi bişirməyin, onun üçün hər şey etməyin nəyi pisdir?".

K.Müzəffər boşanmaların əleyhinə olduğunu bildirib:

"Qızıma dedim ki, ərə gedirsən, bu evə ancaq qonaq kimi gələ bilərsən. Ərinlə dava edib, qayıtmaq yoxdur. Oğluma da dedim ki, ailədə dava, narazıçılıq ola bilər. Amma qətiyyən boşanmaq olmayacaq. Ailələrin dağılmağının əleyhinəyəm. Yalnız 1 faiz halda boşanma olar: ailələrdən biri pisdirsə, uşaq düzgün tərəfdə qalmalıdır. Qadınlar səbr etməlidir"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.