Şou-biznes

“Gripin” Bakıda - Barışıq üçün küsülülərə 1 dəqiqə vaxt verdi - FOTO

13 Yanvar 2020 16:28
0 Şərh     Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şənbə günü Türkiyənin "Model" qrupunun solisti Fatma Turqut və "Gripin" qrupu konsert verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, izdihamla keçən musiqili gecə "Elektra Events Hall"da baş tutub.

Əvvəlcə səhnəyə F. Turqut çıxıb. O, "Pembe mezarlık" daxil olmaqla bir çox populyar mahnıları səsləndirib.

Sənətçi daha sonra maraqlı bir addım atıb. İfaçı zalda olan tamaşaçılara "1 dəqiqəmiz var. Küsülü olduğunuz birinə mesaj yazın və yaxud zəng vurun. Görüntülü zəng vursaz, məmnun olaram. Şəxsən özüm danışacam" deyə müraciət edib.

Daha sonra bir şəxs Fatma adlı sevgilisinə zəng vuraraq telefonu köməkçisi vasitəsi ilə Fatma Turquta yönəldib. Maraqlı dialoqdan sonra sənətçi zaldakı insanlarla birgə "Pembe mezarlık" mahnısını səsləndirib. O, sonda cütlüyə "bitməsin hekayəniz" deyərək çıxışına davam edib. 

Konserti "Gripin" qrupu davam edib. Onların səhnəsindən sonra tamaşaçı istəyi ilə Fatma Turqut yenidən səhnəyə çıxıb. Onlar "Ele- güne karşı" mahnısını duet şəklində ifa ediblər.

Türkiyəli ifaçılar instaqram səhifəsində Bakıdan fotolar paylaşıblar. "Gripin" əvvəlcə Qız qalasından şəkil yayıb, daha sonra konsertdəki izdihamla bağlı paylaşım edib: "Şəkildə bizə yer ayırmadığınız üçün təşəkkürlər". 

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.