Şou-biznes

Məşhur aktyor Niyaməddin Musayevə görə toyda döyüldü - VİDEO - FOTO

23 Dekabr 2019 17:59
5 Şərh     Baxış: 3 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı aktyor və parodiyaçı Ramin Abdullayev olub.

Milli.Az xəbər verir ki, məşhur parodiyaçı xalq artisti Niyaməddin Musayevə görə toyda döyüldüyünü etiraf edib:

"Toya getmişdim. Parik taxıb Niyaməddin Musayevi parodiya edirdim. Toy sahibi mənə sürpriz edib. "Röya" ansanbılı orada idi. Niyaməddin bəy də yoldadır gəlir. Mənim bunlardan xəbərim yox idi. Hər kəs uzaqdan elə bilir ki, mən Niyaməddin Musayevəm. Yaxınlaşanda görürlər ki, yox o deyil. Mən də oxumağa davam edirdim. Oxuyub bitirdim. Zaldan çıxanda Niyaməddin bəylə rastlaşdıq. Mənə dedi ki, hara gedirsən? Rəngim ağardı, əl-ayağım əsdi. Dedim ki, toy yiyəsi yaxın adamımdır. Xahiş etdi, mən də gəldim. Məni yola saldılar. Nərdivanlardan yıxıldım, yüngülvari xəsarət aldım".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.