Şou-biznes

Kamil Zeynallı tısbağanı yedi - Ürəyim ağzıma gəldi - VİDEO

20 Dekabr 2019 17:09
11 Şərh     Baxış: 6 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar maraqlı eksperimentləri ilə sosial şəbəkə hesabında böyük marağa səbəb olan Kamil Zeynallı Çinə gedib.

Milli.Az xəbər verir ki, idmançı dünya mətbəxinin ən əcaib kulinariyasına malik Çində özünü yad aparmayıb. Kamil Çin mətbəxində hazırlanan tısbağanı yeyərək, prosesi olduğu kimi təqibçilərinə təqdim edib. 

O, paylaşımında "Hər şey hazırlayırlar, hər bir şey bişirirlər. İt əti, ilan, qurbağa. Bu gün mən sizə tısbağanı göstərəcəm. Sabaha ilan, qurbağa, eşşək əti, nə gəldi yeyəcəm" deyib.

Videoya yazılan şərhlərin əksəriyyəti "Ürəyim ağzıma gəldi", "Acından ölmək ondan yaxşıdır" sözlərindən ibarət olub.

Bu da Kamilin sözügedən videosu:

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.