Atvdə yayımlanan "Şou atv " verilişinin aparıcısı Nanə Ağamalıyeva müğənnilərdən gileylənib.
Milli.Az Big.az-a istinadən xəbər verir ki, veriliş zamanı müğənnilərə dəstəkdən söhbət düşüb.
Söhbət zamanı aparıcı bildirib ki, elə müğənnilər var ki, onlara təmannasız dəstək olub.
"Düzdür verilişlər müğənnilər üçündür. Lakin, bu diqqəti bəzən müğənnilər başa düşmür. Elə olub ki,bəzi müğənnilərə təmannasız dəstək olmuşam, verilişlərimə dəvət etmişəm amma indi bunu boyunlarına almırlar" deyə aparıcı bildirib.
Milli.Az