Şou-biznes

Aytən Səfərovanın qardaşı faciəvi şəkildə vəfat edib

17 Dekabr 2019 13:39
14 Şərh     Baxış: 26 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"O gündən anam da xəstədir. Mən gördüm valideyn 1 gündə necə qocalar. Heç bir valideynə övladın tabutunu çiynində aparmağı nəsib etməsin"

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Aytən Səfərova qonaq olduğu "Üçümüz" verilişində deyib.

Səfərova bir qardaşının dünyasını dəyişməsindən bəhs edib. Göz yaşlarını saxlaya bilməyən aparıcı ilk dəfə bunu danışdığını söyləyib:

"Rusiyada böyümüşəm, balaca qardaşım var idi. O vaxt Fərman Salmanov adlı şəxs azərbaycanlıları aparırdı Rusiyaya işləməyə. Biz də getmişdik. Orada qardaşım çayda batdı, anamın ad günündə tapıb gətirdilər. Hər gecə mənlə yatırdı. Sonuncu gün yanımdan düşüb yerdə pişiklə birlikdə yatmışdı. Gedəcəyini elə bil hiss etmişdi.

O gündən anam da xəstədir. Mən gördüm valideyn 1 gündə necə qocalar. Heç bir valideynə övladın tabutunu çiynində aparmağı nəsib etməsin. Çox qorxuludur. Ağlaya da bilmirəm. Yuxumuza gəlir ki, ana, ata, bacı, qardaş ağlamayın, yerim su olur. 1989-cu ilə görə gələcəyimi qurban verərdim ki, kaş uşağı buraxmazdım".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.