Şou-biznes

"İnstaqramda təzə qızlar çıxdı, yatağın üstündə yarıçılpaq halda pul qarşılığında..." - FOTO

17 Dekabr 2019 10:49
17 Şərh     Baxış: 23 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda sosial şəbəkələrdə reklam olunan yarıçılpaq qızlara görə aidiyyatı qurumlara müraciət edib.

Milli.Az xəbər verir ki, aparıcı bəzi sosial şəbəkə səhifələrini əxlaqsızlığı təbliğ etməkdə ittiham edib.

Tolik qurumları bununla bağlı bir tədbir görməyə çağırıb:

"Bu gün sosial şəbəkələrdə biabırçı şeylərin şahidi oluruq. Qızlarımızın bu gün həyatlarının pis olması nümayiş olunur. Əslində bu özü pis təbliğatdır. Bəzi qurumlar var ki, buna nəzarət etməlidirlər. Bəzi instaqram səhifələri bu gün pozğunçuluğu təbliğ edirlər. Təzə qızlar çıxır, onlar instaqramı dağıdırlar. Yeni fenomen çıxdı, dovşan kimi geyinib yatağın üstündə yarıçılpaq və bunları pulun qarşılığında reklam edirlər. Siz bu gün namuslu-qeyrətli qızlarımızı reklam edin. Onların sənətlərini reklam edin. Qoy, onlara oturub evdən baxan balaca qızlarımız onlardan ibrət götürsünlər". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.