Şou-biznes

"Ölüm o zaman gerçəkləşir ki, insan şəxsiyyətini itirir" - Xalq artisti

16 Dekabr 2019 16:54
7 Şərh     Baxış: 3 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Samir Cəfərov həmkarı Ülvi Qılıncın ünvanına sərt sözlər deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "ATV maqazin onlarla"ya danışan opera ifaçısı Ülvinin  "Öz ölümümün vaxtını bilirəm" fikirlərinə münasibət bildirib. O, sənətçi haqda sərt sözlər deyib:

"Deyir ki, ölmək istəyirəm. Bu, Allahın işidir. Ölüm o zaman gerçəkləşir ki, insan şəxsiyyətini itirir. Bir insanın şəxsiyyəti öldüsə, həmin gün gözümdə ölü sayılır. Ülvi gəzən ölüdür. Boyu-buxunu, sənəti, səsi var. O, axıradək getməyən tenordur. Öz bacarığını sonadək kamilləşdirməyib, yarıda qalıb. Ülvi, get, sənətlə məşğul ol, qıraqda qalmısan".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.