Şou-biznes

Azərbaycanlı məşhur 14 yaşlı UŞAQLA NİŞANLANIB: Sözümüz üst-üstə düşdü - FOTO

9 Dekabr 2019 12:25
6 Şərh     Baxış: 18 836

"Xanımınızı özünüz bəyənmisiniz, yoxsa ailənizin məsləhəti ilə ailə qurmusunuz?"

Milli.Az xəbər verir ki, bu sualla Nanə Ağamalıyeva aparıcısı olduğu proqramda əməkdar artist Yusif Mustafayevə müraciət edib.

Müğənni həyat yoldaşı ilə nişanlanarkən onun 14 yaşının olduğunu açıqlayıb:

"Yoldaşım elə öz kəndimizdən, öz qohumumdur. Getdim kəndə, anama dedim "Məni evləndir". Sözümüz üst-üstə düşdü. Uşaq idi də, yoldaşımın da 14 yaşı var idi, balaca uşaq idi, vallah. Baxdım dedim ki, "Ay ana, nə deyirsən?". Dedi "Bala, mənim ürəyimi oxudun. Allah mübarək eləsin". 14 yaşı olanda nişanlandıq, amma 18 yaşı tamam oldu sonra gətirdim". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

6 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.