Şou-biznes

Kənan M.M-dən çox qazandığını etiraf edən həyat yoldaşı: “3 min pul verdim, dedi qaytaracam” - VİDEO - FOTO

7 Dekabr 2019 14:24
10 Şərh     Baxış: 3 457

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Aygün Mahmudova olub.

Milli.Az xəbər verir ki, sənətçi imicində etdiyi dəyişiklikdən danışıb:

"Düşündüm ki, dəyişiklik zamanıdır. Bu saçları ilk dəfə mən etmişəm. Dəbə saldım. Məndən sonra aparıcılara qədər hamı etdi".

İfaçı, həyat yoldaşı rejissor Kənan Mahmudov haqqında da maraqlı açıqlamalar edib:

"Ayda bir dəfə ya Kənan gəlir, ya mən yanına gedirəm. Yollarda qalır. Sənətində heç vaxt heç nəyi ona məcbur etməmişəm. O da məni həmçinin. Ürəyimiz istəyən qonararı versəydilər, lap köçüb onun yanında yaşayardıq. Hal-hazırda mənim qonararım daha yüksəkdir. Kənanın qonararı zəif olduğu üçün deyirəm ki, sənin əziyyətinə dəymir. Kənanın qazancı hər zaman məndən yüksək olub. Çünki mən uzun müddət işləmirdim, uşaq saxlayırdım. Əsas odur ki, qazancımız bir yerə toplanır. Bütün ailələrdə pul qadınlarda olur. Kişi qazanıb gətirir qadına verir. Xatırlayıram, Kənana 1000 manat bir, 2000 min manat da bir vermişdim. Sonra dedim ki, pulumu gətirib qaytaracaqsan? Dedi, narahat olma, film izlənsin qaytararam".

Müsahibə zamanı həyat yoldaşına görüntülü zəng edən rejissor da məsələyə münasibətini bildirdi:

"Pulların hamısı məndə olsa ortada heçnə qalmaz. Qadın 100 min qazana bilər. Amma kişinin qazancı daha bərəkətli olur".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Aki 1 · 7 Dekabr 2019 14:2751

    Qazanarsann bala ,mən inanıramm arvadlar hər şeyi alıblarr kişilərin elinnənn

    Cavab yaz
  • Anonim
    Kamilla · 7 Dekabr 2019 15:27101

    Bu harda..ne qazanir ki.... Yalansa....

    Cavab yaz
  • Anonim
    Abbaseli · 7 Dekabr 2019 17:1523

    Xanım xatun Aygünümüz

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 7 Dekabr 2019 18:08106

    Ne qeddder cox qazansanda gerek demezdin ki, heyat yoldasindan coxx qazanirsan Menasizdiii bunu demeyin .

    Cavab yaz
  • Anonim
    Gülsüm · 7 Dekabr 2019 19:3591

    Tutaq ki qazanirsan daha onu niye deyirsen bu oz aranizda olan bir seydir, bu imic hec yaraşmir sene, onu senden qabaq edenlerde olub tak şto sen birinci deyilsen

    Cavab yaz
  • Anonim
    Xana · 7 Dekabr 2019 19:3751

    Mən bu qizi başqa cür bilirdim Heç xoşum gəlmədi

    Cavab yaz
  • Anonim
    Samire · 7 Dekabr 2019 20:1971

    Bu sac hec yarashmir Aygune. Ele bil parix taxib.

    Cavab yaz
  • Anonim
    Ayka · 7 Dekabr 2019 21:2710

    Aki [bilmirem bey deyim.ta xanim.deyim]cox guldum duz deyirsiz qadin boyuuuk quvvedir her ama qadinlar kisileri hemise dogru duzgun yola.cekirler ev esik qururlar qadinlarin.qedrin bilmek.gerek

    Cavab yaz
  • Anonim
    Ellà · 7 Dekabr 2019 23:4825

    Aygune tek mugennilik yox,muellime,hekim bir sozle butun seneti yarasdiriram.agiili xanimdi

    Cavab yaz
  • Anonim
    edile · 8 Dekabr 2019 00:1700

    Men bu saci aygune hec yarasdirmadim cox pis qalir kobut ve qocalmis veziyyet de gosderir evvel ki gornusu daha qesegdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.