""Bozbaş" mahnıdır" deyənlər musiqinin remiks formasına çox normal yanaşırlar. Mahnıya "nifrət" edənlər isə başqa aləmdir. Bu insanlar mahnının bütün sözlərini əzbər bilirlər.
Başıbəlalı mahnı işıq özü görəndən hər kəs onun ifaçısını axtarır. Ancaq mahnıya qarşı o qədər aqressiyanı görən ifaçı "cürət" edib camaat içərisinə çıxmayıb. İfaçı bu günə qədər jurnalistlər olan heç bir tədbirə qatılmayıb.
Lakin bu yaxınlarda müğənni "şeytanın ayağını sındırıb" və ilk olaraq bizim kameramıza tuş gəlib.
Onun səhnədə özünü rahat hiss etmədiyini sezmək o qədər də çətin deyildi. Müğənni yarım saat ərzində "Can-cana" mahnısının bütün versiyalarını ifa etdi.
İfaçı haqda o qədər məlumatlı olmasaq da, heç olmazsa, üzünü görmüş olduq. Siz də tanış olun - Vüqar!
Mələk
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





Foto: Mələk