"Üzünə tüpürüm, deyim ki, ay biqeyrət..." - İndi də Azər Axşamın qətl xəbərini yaydılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış şoumen və aparıcı Azər Axşamın (Şabanov) ölüm xəbəri yayılıb.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, sosial şəbəkədə yayılan məlumatlarda teleaparıcının 7 bıçaq zərbəsiylə qətlə yetirildiyi bildirilir.
Əməkdaşımız yayılan xəbərlə bağlı A.Axşamla əlaqə saxlayıb.
"Bu, biabırçılıqdır. Belə çıxır ki, kim nə vaxt istəsə, sosial şəbəkədə yalançı profil açıb, istədiyi hərəkəti edə bilər, istədiyi söyüşü söyə bilər. İnsanlar da işin mahiyyətinə varmadan, dəqiqləşdirmədən, ağızlarına gələni yaza bilərlər.
Məni bu məsələdən sonra təhdid edən olmayıb, zəng yoxdur. Bu gün səhər bir jurnalist zəng vurmuşdu ki, Azərbaycanın qaziləri bu işlə bağlı şikayət ərizəsi yazmaq istəyirlər. Bildirdim ki, buyursunlar, mən də onların yanındayam. Görək bunu edən kimdir. Heç kimdən şübhəm yoxdur. Əgər kiminsə mənimlə ədavəti varsa, məni təhqir etsin də, Mübariz İbrahimovun nə günahı var? Deməli, bunu edən adamın damarında azərbaycanlı qanı axmır. Şəxsi prinsiplərinə görə Azərbaycanın Milli Qəhrəmanını ortaya atırsan və onu təhqir etməklə, Azəri ləkələməyə çalışırsan. İki-üç ay öncə 83 yaşlı anamın adından "Instagram" səhifəsi açmışdılar. Axırda dözmədim, polisə zəng vurdum ki, belə bir biabırçılıq var. Məni aidiyyatı üzrə yönləndirdilər, ərizə yazdım, faktları ortaya qoydum. Bu adam hər kimdirsə, dayanmır. Vallah, kimdənsə şübhələnsəm, adını çəkərdim. Amma o məsələdən də bir xəbər çıxmadı. Sonradan təkrar maraqlandım, dedilər ki, biz tapa bilmirik. Çox istərdim ki, həmin şəxslə üz-üzə gəlim, kişidirsə, üzünə tüpürüm, deyim ki, ay biqeyrət, sən Azərbaycanın Milli Qəhrəmanını vasiyətə çevirəcək qədər qudurmusan? Xanım da olsa, üz-üzə gəlmək istərdim. Deyəcək sözlərim var".
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan xəbərlərdə Azər Axşamın həyat yoldaşı Səbinə Şabanovanın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında nalayiq ifadələr yazdığı bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)
-
Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)
XƏBƏR LENTİ
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür





