Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZ - ÖZƏL MÜSAHİBƏ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Bakıya gəlib.
Milli.Az-ın qonağı olan Zirəddin ölkəmizin siyasi, mədəni və idman aləmini əhatə edən sualları cavablandırıb:
Milli.Az müsahibəni təqdim edir:
Bakı səfərinizin məqsədi nədir?
- Bakıya bu səfərimin səbəbi dostumdur. Moskvada yaşayan iş adamıdır. Anası rəhmətə getmişdi, həmin vaxt mən onun hüzr yerinə gələ bilmədim. Sabah onun 40 mərasimidir, Şamaxıya gedirəm. Həm də bu bir səbəb idi. Çoxdandır dostlarımı görmürdüm. Çoxdandır Azərbaycan mətbuatında, efirlərdə görünmürdüm. Ona görə, həm ziyarət, həm ticarət.
Azərbaycan futbolçulardan ibarət millisindən beynəlxalq səviyyədə bir uğur gözlənilirmi?
- Son 3-4 il ərzində uğurlar görmürəm, təəssüf ki! 4 ildən sonra ola bilsin ki, Avropa Çempionatının finalına çıxa bilərik.
8 il öncə Azərbaycan Avroviziya musiqi yarışında birincilik əldə etdi. Bu uğurun yaxın illərdə təkrarlanacağı gözlənilirmi?
- Bu il Azərbaycan 10-luğa düşdü. Azərbaycan millətinin sayına görə, ərazisinə görə digər ölkələrdən kiçik bir ölkədir. Amma bizim ürəyimiz, ruhumuz, sənətimiz, folklorumuz digər millətlərdən çox böyükdür. Ona görə, mən bunu da uğur sayıram. Mən dəfələrlə Avroviziya haqqında proqnoz vermişəm, proqnoz səhv çıxıb. Bilirsiniz niyə səhv çıxıb? - Bu siyasətdir! Əgər bir ölkə son 5 ildə ən azından iki dəfə Avroviziyada birinci yerə çıxırsa, bu, dövlətə böyük maddi zərərdir. Ona görə bu da məntiqidir. Pul ilə alınır, pul ilə satılır. Bunu açıq deyirəm mən! Heç bir dövlət istəməz ki, 5 ildə iki dəfə böyük bir yarışın qalibi olsun və maddi zərər görsün. Həm də bu, xalqın, camaatın narazılığına səbəb ola bilər. Azərbaycandan söhbət getmir, mən başqa ölkələri də nəzərdə tuturam. Ukraynada oldu, Ukraynanın özü belə istəməz ki, 2-3 il ardıcıl birinci yerə çıxsın. Balaca olub, böyük ruha sahib dövlətimiz var, vətənimiz var. Azərbaycan bir dəfə birinci yerə çıxıbsa, bu, artıq bizim qələbəmiz deməkdir. Avroviziyada bir dəfə bayrağımızı ucaltdıq, mənə elə gəlir, bu bizə kifayətdir.
"Sosial şəbəkə dövrü" bitəcəkmi?
- Verdiyiniz sual həm mənim təhsilimə, həm də məşğul olduğum sahəyə aiddir. Bu il Rusiyanın ictimai palatasına qəbul edildim. Oranın işçi qüvvəsinin tərkibində internet təhlükəsizliyi üzrə mütəxəssislərdən biriyəm və orada yeganə azərbaycanlıyam. İctimai palatada biz Rusiyanın internet təhlükəsizliyi, pedofiliya, homoseksuallıq, terrorizm, narkomaniya - bu sahələr üzrə həmişə müzakirələr aparırıq. Çox maraqlıdır ki, Rusya kimi nəhəng bir dövlət internetin, sosial medianın öhdəsindən gələ bilmir, bacara bilmir. Çünki nə qədər cinayətlər var, hamısı sosial şəbəkələrdə baş tutur. Bu, millətin psixologiyasıdır. Görürsünüz, Kütləvi İnformasiya Vasitələrinin verə bilmədiyi informasiyanı, dövlətin əleyhinə sosial "set"lərdə yayılır, paylaşılır. Bu, Amerikada, Rusiyada - hər yerdə belədir. Ona görə də, bunu yaradan gizli qurumlar... (red: Çoxları bilir mən nələri və kimləri nəzərdə tuturam), məhz elə bunun üçün yaradıblar - Xalqı idarə etmək üçün. Yox, bu axıra qədər də belə gedəcəkdir. Bunun bir sonluğu yoxdur. Biz daha qorxulu tərəfə gedirik!
Yolda bir iti də maşın vuranda, onu çəkib sosial şəbəkədə paylaşırlar - "Maşın iti vurdu getdi, kimsə kömək etmədi". Yəni həyatımızın ən kiçik bir nüansı belə sosial setlərdə öz əksini tapır. Bunun yaxşı tərəfi də var. Bəzən görürsən ki, KİV nələrisə gizlədir. Məsələn, Rusiyanın İrkutsk vilayətində Tulun şəhərində su daşqınları oldu. Rəsmi məlumat tamam başqa idi, amma xalqın özünün çəkib qoyduğu məlumat KİV-lərin verdiyi informasiyadan fərqli idi. Daha acınacaqlı, daha faciəli idi. Bunu nədən belə edirlər, deyə bilmərəm. Ola bilsin xalqı qorxutmaq, "panika" yaranmasını istəmirlər. Ola da bilsin başqa bir səbəbi var, mən bilmirəm. Bu, dünyanın hər yerində belədir. Amma sosial şəbəkələrin pis tərəfi yaxşısından daha çoxdur.
P.S. Ekstrasens Zirəddinin Milli.Az-ın hansı sualına cavab vermək üçün vaxt istədiyini isə müsahibənin ardında biləcəksiniz.
ARDI VAR...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı
-
Xankəndidə kafedə yanğın, iki nəfər yaralandı
-
Gəncədə iki bacını avtomobil vurdu
-
6 ayda hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb
-
"Brent" nefti yenidən 100 ABŞ dollarını ötdü
-
“Qarabağ” SSKA-ya qarşı - Start heyətlər
-
"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi
-
Kadir İnanırla bağlı suala kövrəldi
-
FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb
-
Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərində qaz olmayacaq
-
Ata-anasını döydüyünə görə qardaşını öldürdü, oğlu şikayətçi olmadı
-
"Nəvən olanda cavanlaşırsan"
-
Vuçiç Serbiyada seçkilərin vaxtını açıqladı
-
Türkiyə gəmisinə dron hücumu: Ölən və yaralananlar var
-
Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlini dayandırdı
-
Trampdan İrana sərt xəbərdarlıq: Husilərin hücumuna görə cavab verəcəksiniz
-
İyul üzrə bütün sosial ödənişlər sabah veriləcək
-
“Qarabağ” və “Zirə”nin oyununa hansı kanallarda baxaq?
-
Nişan üzüyü qadına baha başa gəldi
-
Zaur Kamalın verilişinin arxiv kadrları yenidən müzakirə yaratdı - (Video)
-
Seda Sayan: "Mətbəxdəki kişi daha cazibədardır" fikri ilə razılaşmıram"
-
Barselona metrosunda partlayış: Yaralılar var – (Video)
-
"Barselona" Kərim Adeyemini transfer etdi
-
“Arzum” yenidən həbs oluna bilər





