Zaur, sənə təşəkkür edirəm ki, könlümüzü oxşayan nəğmələri, ruhumuzu dincəldən səsləri, qulağımın eşitməyinə səbəb olan sənətkarılarla məni eyni verilişə dəvət etmisən. Belə ifaçıların qədrini bilək.
Milli.Az xəbər verir ki, bunu Nadir Qafarzadə dünən "5/5"də verilişin digər qonaqları - Xalq artisti Könül Xasiyeva və əməkdar artist Cabir Abdullayevin ünvanına deyib.
Aparıcı Zaur Kamal Nadirin sözlərini "Bu cür sənətkarlar çox deyillər, azdılar" ifadəsi ilə dəstəkləyib.

Lakin Nadir aparıcını bu ifadəni işlətməyinə peşman edib:
"Sən yaxşıları dəvət et də! Hərdən "otxod"ları da dəvət edirsən. Sən yaxşıları dəvət et ki, qoy insanlar yaxşı səs eşitsinlər".
Zaur müğənninin çıxışına "Kişi oğlusan adını de, kimdi onlar? Yaxşı ifaçılar 5-6 dənədir" sözləri ilə reaksiya verib.
Zaur yaxşı ifaçıların barmaq sayda olduğunu desə də Nadir fikrindən dönməyib:
"Yox, çoxdur. Onda gərək veriliş boyunca onların adını çəkim mən. Allah onları bizə çox görsün. Sən istəsən verilişə dəvət etməyə yaxşı ifaçılar taparsan".
Məhəmməd Vaqif
Milli.Az





