Şou-biznes

Rasim Balayevlə Elməddin efirdə üz-üzə gəldi

23 Sentyabr 2019 11:27
7 Şərh     Baxış: 11 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəzi aktyorlar bir az komediyanı başqa şeylərlə səhv salırlar" demişdim. Ad çəkməmişəm. Fərda, Müşviq də yaxşı uşaqlardı. Hiss olunur ki, istedadlıdırlar. Təəssüf ki, onlar üçün yaxşı ssenari yazan yoxdur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Şən bazar" verilişində deyib. Aktyor müsahibə verərkən dediyi "Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" sözlərinə aydınlıq gətirib:

"Gənc aktyorların yaxşı oynamağa imkanları, istedadları var. Sadəcə, onlara ssenari yazan yoxdur. Qalıblar belə, bilmirlər necə oynasınlar. Hərdən aktyorlar özlərindən sözlər də əlavə edirlər. Arzulayardım ki, yaxşı ssenari yazılsın və əsl komediya oynasınlar".

"Rasim Balayev bizim sənətkarımızdır. "Nəsimi", "Babək"lə böyümüşük. Ağsaqqalımızın sözü qanundur. Yanlışlarımız var: bəzən çəkilişdə, ssenaridə, özümüzdə problem olur. Zamanla bunları düzəldəcəyik", - verilişdə qonaq olan aktyor Elməddin Cəfərov münasibət bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.