Şou-biznes

"O, Samir Bağırovu aradan götürmək üçün əlindən gələni etdi"

11 Sentyabr 2019 20:39
11 Şərh     Baxış: 8 170

Son illər ifaçılıq sənətinə yiyələnmiş gənc nəslin incəsənətin orta və yaşlı nəslin nümayəndələri ilə qalmaqalları tamaşaçılar tərəfindən heç də xoş qarşılanmır. Bu halların sayı isə günü-gündən artır.

Bir neçə gün əvvəl saytımıza açıqlamasında məşhur müğənni Samir Bağırov da bu mövzu ilə bağlı fikirlərini sərt şəkildə bildirmişdi:

"Gənc ifaçılar başa düşməlidirlər ki, onlar da nə vaxtsa yaşlanacaqlar və etdikləri hörmətsizlik qarşılarına çıxacaq. Həyat bumeranqdır. Onlar hələ bunu başa düşmürlər. Yalnız reklam dalınca qaçırlar. Yaşlı sənətkarlara cavab qaytararaq, bu şəkildə özlərini məşhurlaşdırıb, gündəmə gəlirlər. Bu, biabırçılıqdır".

Milli.Az xəbər verir ki, nəsillər arasında gedən "müharibə"nin səbəblərini araşdırmaq üçün oxu.az-ın əməkdaşı incəsənət aləmində artıq sözünü demiş Xalq artisti Flora Kərimova ilə söhbət edib:

"Səhnə tərbiyəsiz insana düşməndir. Səhnə güzgüdür. Onlar millət qarşısında məsuliyyəti hiss etmirlər. Bunu bütün gənclərə şamil etmək olmaz. Bir insan tərbiyəsizdirsə, özünə hörmət etmirsə, böyük-kiçik bilmirsə, bu cür davranmağın ilk növbədə onun öz ləyaqətini aşağı saldığını və xalq arasında hörmətsiz etdiyini başa düşmürsə, bu adama nə demək olar?!

Onu necə tərbiyə etmək olar?!  Ona necə izah etmək gərəkdir ki, özünə pislik edirsən?!

Sənin gözünü yumub, ağzını açdığın o hədəfin səndən öncə hörmət qazanıb, hörmətini saxlaya bilib, bu günə kimi o, milləti ilə hesablaşıb, milləti özünə ağsaqqal sayıb. Hər addımına cavabdeh olan insanı gözdən sala bilməzsən. Əksinə, özün gözdən düşəcəksən. 

Cırmaq-cırmaq səhnədə qalmaq mümkün deyil. Səhnə istedadlı, qabiliyyətli adama dostdur. Qabiliyyəti və qanacağı olmayan istedadlı insana isə yarımdostdur. Onlar millət qarşısında məsuliyyəti hiss etmirlər. Bu millət səni ucaltdıqca ucaldıb, dağın başına qoya bilər.

Əgər bir şeydə büdrədinsə, səni yerə elə çırpar ki, sümüklərin də görünməz".

Xalq artisti illər öncə bir ifaçının Samir Bağırovu iyrənc üsulla səhnədən uzaqlaşdırdığına şahid olduğunu bildirib:

"Samir möhtəşəm müğənni və gözəl insandır. Təəsüflər olsun ki, Bağırovun evini yıxdılar. İllər öncə Samir bir ifaçıya böyük bir rəqib olduğundan, o, əlindən gələni etdi ki, Samiri aradan götürsün. Samirə iyrənc və murdar ləkələr yaxıldı. Görünür, Bağırovun səhnədəki varlığı həmin insanı olduqca narahat edib, ona qarşı bu cür iyrənc addımlar atıb. Həmin insanın adını çəkmək istəmirəm. Amma onu deyə bilərəm ki, Samiri narkotikə meyilləndirib, onu aradan götürməyə nail oldular. Ona kömək etməyə çalışdığımı xatırlayıram və bu işdə Samirə yardımçı ola bildim. Bunu isə o, bu günə qədər unutmur. Hər zaman mənə təşəkkür edir. O, çox yaxşı bir insandır. Amma Samir özünün düşmənidir. Bunu ürək ağrısı ilə deyirəm, Samirdən qat-qat əskik müğənnilər ad alsa da, o yenə də kölgədə qalıb, bir ada belə sahib çıxmayıb. Çünki o, bəzilər kimi üzlü deyil, qapıdan qovulub, pəncərədən girənlərdən deyil".

Müğənni Nadir Qafarzadə də sayta açıqlamasında həssas məsələ ilə bağlı fikirlərini bölüşüb: 

"Kim özünü necə aparırsa, elə də özünə qarşı münasibət görür. Ömür boyu, elə indi də böyük sənətkarları görən kimi özümü yığışdırıram. Çünki onların səhnə təcrübəsi qədər mənim yaşım var. Biz uşaqlıqdan bu cür tərbiyə almışıq. Böyüyə hər zaman hörmət olub. Amma burada bir məsələ də var ki, yaşlı nəsil nümayəndələri də özlərini elə aparmalıdırlar ki, gənclər onlara hörmət etsin. İndiki gənclərlə o dövrün gəncləri arasında yer-göy qədər fərq var. Bugünkü gənclərdə aqressiya həddən artıq çoxdur. Onların baxdığı filmlər, düşdüyü cəmiyyət, oynadığı oyunlar hamısı gənclərin psixologiyasına təsir edir. Bunları nəzərə alıb gərək onların üstünə çox getməyəsən, hər bir şeyi səhv tutub onları tənbeh etməyin tərəfdarı deyiləm. Amma pərdəni də gözləmək gərəkdir. Əgər hörmətli olmaq istəyirsənsə, pərdəni qoruyub saxlamalısan. O pərdə qalxanda hörmət itir və böyük təlatümlərə səbəb olur. Bir sözlə, hər şey məhv olub gedir. 

Özümü gənc ifaçıların yanında elə aparıram ki, onlar mənə hörmətlə yanaşırlar. Özümü gənc hiss edirəm, çünki ətrafımda gənclər çoxluq təşkil edir. Gənclərin içində olanda özüm də gəncləşirəm".

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    delisov · 11 Sentyabr 20:50713

    Nadir cox gozel mugennidir. men onun ifalarini beyenirem. esasende retro mahnilari gozel ifa edir. Samirinse bir sevgilim mahnisi birde Briliant xanimla dueti yadimdadi. biraz az yatsa iwlese yaxwi olar oz uzerinde. qaldiki Flora xanim boyuk senetkardi. dediyi fikride kimi nezerde tutubsa Samir bagirovu ucuruma surukleyeni biraz bildim kimi deyir ama insaninnozunnende cox wey asilidi

    Cavab yaz
  • Anonim
    ƏMRAH ƏNRAH ALMALI · 11 Sentyabr 20:55154

    Sizin çox gözəl məsləhətləriniz var Flora xanım . Oxuduqca doya bilmirəm sizin fikirlərdən . Sağ olun

    Cavab yaz
  • Anonim
    K.k · 11 Sentyabr 21:16180

    Samiri mende chox beyenirem. Samiri qoydular ki, öz uzerinde islesin. Aradan goturduler ki,mane olmasin.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Sentyabr 21:1867

    Yeqin rehmetlik Primadonna İlhame xanimi deyir deeeee.Əl cekdeee .....

    Cavab yaz
    • Anonim
      delisov · 11 Sentyabr 21:531110

      yox Esra xanim Ilhame xanimi demir Faiq agayevi deyir

      Cavab yaz
      • Anonim
        boss · 11 Sentyabr 22:4570

        Sorusmaq ayib olmasin sen hardan bildinki Faiq Agayevi deyir he)))

        Cavab yaz
        • Anonim
          ♥️Ebru♥️ · 11 Sentyabr 23:0273

          Yeqin Flora nene,xelvet qulaqina deyib:)))

          Cavab yaz
          • Anonim
            boss · 12 Sentyabr 07:0032

            Flora nene haaa)))Flora xanim esitse sen ona nene deyirsen.indi sennen incimisdi ozde qelben)))

            Cavab yaz
        • Anonim
          Sinir · 12 Sentyabr 11:5510

          Hər halda ikisindən birini nəzərdə tutur. Şübhəli şəxs qismində məndə o iki nəfəri başa düşdüm.

          Cavab yaz
      • Anonim
        Esra ıbrahimli (Şamaxı) · 11 Sentyabr 22:4730

        Həəə ola bilər.

        Cavab yaz
  • Anonim
    Duygu · 11 Sentyabr 23:4983

    Aglı yerində , düşüncəsi yerində olan adamı heç vaxt yolundan azdırmaq olmaz.Yəqin iradəsi çox zəif bir adamdı.Samir Bagırova radioda qulaq asasan.Gözəl oxuyur Amma efirdə görəndə əsəbləşirəm.Geyim tərzi məni əsəbləşdirir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.