Mətanətlə öpüşü qalmaqala səbəb oldu - "Siz qonağın başına qazan vurursunuz?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış aktyor Sərxan Kərəmoğlunun kanalların birində aparıcılıq etdiyi "Xoş gəldin" verilişində bir müddət öncə qonaqlarla səmimi davranışı başına bəla olub. Şou verilişində müğənniləri öpüşlərə qərq edən Sərxan hərəkətinə görə tənqid atəşinə tuş gəlib.
Milli.Az bildirir ki, sosial şəbəkə istifadəçilərinin tənqidlərinə, hətta təhqirlərə münasibət bildirən S.Kərəmoğlu oxu.az-a açıqlamasında deyib:
"İndiyə qədər hansı verilişi hazırlamışamsa, sosial şəbəkələrdə dəfələrlə pis və ya yaxşı reaksiya ilə qarşılanıb, izlənilib və müzakirə olunub. Müğənni Mətanət Əsədova mənim verilişimdə qonaq olanda onu öpdüm. Bu öpüş isə bir az fərqli idi. Bu hərəkətim öncədən düşünülmüşdü. Burada səhv və ya pis bir şey yoxdur. Evə gələn qonağı adətən öpüb, qucaqlayıb, mehriban qarşılayırlar. Qonağın başına qazan vurmurlar".
Sərxan hər kəsin gözü qarşısında Mətanətlə dalaşıb, sonra barışsa da, bu hərəkət yalan və qeyri-səmimi qiymətləndirildi. Barışığın nə dərəcədə doğru olub-olmadığını aktyorun özündən xəbər almağa çalışan kimi Kərəmoğlu sərt reaksiya verib:
"Hər şey yaxşıdır. Ona toxunmayaq. Rahat qalsın, yazıqdır. Mətanətin üstünə son dönəmdə çox getdilər. Necə ki süngər suyu özünə hopdurur, Mətanət də ona olan böhtanları, tənqidləri, təhqirləri özünə çəkir. Buna görə də hamı onunla bağlı xəbər hazırlamağa çalışır. Məncə, ona qarşı belə hərəkətlər doğru deyil".
Ümumiyyətlə, şou əhli ilə Sərxan arasında zaman-zaman qalmaqal yaşanır. Sərxan isə onunla qalmaqal etmək istəyənlərə bu cür bəraət qazandırıb:
"Bu gün, məsələn, əgər 100 nəfər varsa, onun 15 faizini çıxsaq, yerdə qalanların çoxu Sərxanla duelə getməyə hazırdır. Birdən şansı gətirsə və Sərxana qalib gəlsə, bu zaman onun üçün çox böyük reklam olacaq. Bu səbəbdən də mən heç kəsi qınamıram. Buna normal hal kimi baxıram".
Bəs aktyor şou-biznesin dava-dalaşlarından və söz-söhbətlərindən baş götürüb istirahətə hara gedəcək?
Sərxan tətili ilə bağlı bunları dilə gətirib:
"Dincəlməyə heç yerə getməyəcəyəm. Hazırda Bakıda dincəlirəm. Əməkdar artist, sevimli müğənnimiz Mətanət İsgəndərli məni gözəl bölgələrimizə aparır, orada onunla gəzib, yeyib, içib istirahət edirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)
XƏBƏR LENTİ
-
Tanınmış jurnalist vəfat etdi
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"





